Paytaxtın Nərimanov rayonunda mağazadan oğurluq edən şəxslər hadisə yerində tutulublar. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko gecə saat 04:13 radələrində adıçəkilən rayon ərazisində yerləşən mağazaların birindən oğurluq etmək istəyiblər. Bu zaman təhlükəsizlik siqnalları işə düşüb və oğrular hadisə yerində tutulublar.
Onlar barəsində araşdırma aparılır.