Bakıda 3 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 7 may tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonunda müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 90 manat dəyərində geyim əşyaları, 200 manat dəyərində qədim qəpik pullar və 500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Əhmədov saxlanılıb.
İstintaq tədbirləri davam edir.