Bakıda liftdə köməksiz qalan 4 nəfər xilas olunub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 18 fevral tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə paytaxtın Suraxanı və Nərimanov rayonlarından daxil olan 3 müraciət əsasında hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən liftdə köməksiz qalan 4 nəfərin çıxarılması təmin olunub.