Bakının Səbail rayonunda, Mikayıl Useynov, 63 ünvanında yerləşən yaşayış evində yanğın olub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az məlumat verir.
Alışma elektrik lövhəsində baş vermiş qısaqapanma nəticəsində baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.