Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az bu gün, 29 iyun tarixində xəbər verir.
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində 4 avtomobilin iştirakı ilə zəncivari qəza baş verib.
Belə ki, hərəkətin intensiv olduğu bir vaxtda “Renault Megane” “Hyundai Elantra”, “Hyundai Tucson” və “Seat İbiza” markalı nəqliyyat vasitələri bir-biri ilə toqquşublar.
Xəsarət alanların olması barədə məlumat yoxdur.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/06/img_3655_1.mp4"][/video]