Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyət hadisələri baş verib.
Səbail rayonunda avtomobil yolu keçən 41 yaşlı Abdullayeva Aynur Barat qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Daha bir qəza Nəsimi rayonunda qeydə alınıb. Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olan "Hyundai" markalı avtomobil "Mercedes"-ə çırpılıb. Qəza nəticəsində "Hyundai" aşıb.
Faktlarla bağlı araşdırma aparılır.