Bakının Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 28 aprel tarixində xəbər verir.
Rayon ərazisində ümumi sahəsi 360 kv.m olan mansard tipli ikimərtəbəli evin mansardının yanar konstruksiyaları 130 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.