Bakıda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu haqda Bakuplus.az 24 iyun tarixində Baş Prokurorluğa istinadən məlumat verir.
Araşdırmalar zamanı Bakı şəhəri, Sabunçu rayonunun Xəstəxanayanı küçəsi, Xətai rayonunun Zeytun küçəsi ərazilərində meşə fonduna daxil olmayan ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə böyük miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı cinayət işləri başlanılıb.