Bakının Qaradağ və Nərimanov rayonlarında bıçaqlanma hadisələri baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 16 iyul tarixində xəbər verir.
Hər iki hadisəyə səbəb qeyri-etik ifadə olub.
İlk bıçaqlanma hadisəsi Qobustan qəsəbəsində qeydə alınıb. 25 yaşlı Elmar Əhədli söyüşə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Nərimanov rayonunda, Veteranlar parkı kimi tanınan ərazidə 30 yaşlı Anar Rəsulov da bıçaqlanaraq ağır vəziyyətə düşüb.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.