Paytaxtın Sabunçu rayonunda gənc oğlan qəza törədərək yerindəcə dünyasını dəyişib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə bu gecə saat 02:00 radələrində baş verib. Rauf Məmmədovun idarə etdiyi "Nissan Sentra" markalı avtomobil sürət həddini aşaraq yoldan çıxıb. Nəticədə avtomobil ərazidə olan parkdakı ağaca çarpılıb.
23 yaşlı sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.