Bakıda 93 nömrəli marşrut avtobusunun sürücüsü ilə vətəndaş arasında dava baş verib. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Buna səbəb sürücünün avtobusu ilə yoldan keçən vətəndaşı vurması olub. Avtobus onun çiyninə dəydikdən sonra vətəndaş avtobusa minərək sürücü ilə münasibətlərini aydınlaşdırmaq qərarına gəlib.
Bundan sonra tərəflər arasında mübahisə və dava düşüb.