Bakının Xətai rayonunda uşaq vurulub. Bu haqda bu gün, 3 sentyabr tarixində Report məlumat verib.
8 yaşlı Eyyub İsazadə yolu keçərkən onu avtomobil vurub.
Xəsarət alan uşaq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.