Bu gün, 23 oktyabr səhər saatlarında Bakı Nəqliyyat Agetnliyinə məxsus 13 nömrəli BakuBus avtobusu minik avtomobillə toqquşub. Bu haqda Sonxəbər.az məlumat yayıb.
Hadisə Akademik Həsən Əliyev küçəsində qeydə alınıb. Xəsarət alan yoxdur. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin sözlərinə görə, minik avtomobilinin sürücüsü xəstəxanaya tələsdiyi üçün diqqətsiz davranıb.
Yol-nəqliyyat hadisəsi yüngül olduğuna görə avtobus öz marşrutu üzrə hərəkətini davam edib. Faktla bağlı araşdırma aparılır.
Oxşar hadisə dünən, 22 oktyabr tarixində baş vermişdir. Eyni nömrəli marşrut avtobusu həmin küçədə avtoqəzaya düşmüşdür.