Bakıda gecə saatlarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyul tarixində APA məlumat verib.
Nərimanov rayonu ərazisində saat 03:00 radələrində Ağa Nemətulla küçəsində 31 yaşlı Ramiz Əlihəsənovu 77-BZ-419 dövlət nişanlı “Toyota Prius” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Daha bir hadisə saat 06:00 radələrində Nizami rayonu, Qara Qarayev prospektində baş verib. “Toyota Prius” markalı maşın yolu keçən 55-60 yaşlı kişini vuraraq öldürüb. Piyadanın kimliyi müəyyənləşdirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.