Sabunçuda bir nəfərdə “Kalaşnikov” aşkar edilib. Bu haqda bu gün, 10 fevral tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon Polis İdarəsinə Sahib Mehdiyevdə odlu silahın olması və onu satmaq istəməsi barədə məlumat daxil olub. Həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.
Araşdırmalar davam etdirilir.