Bakıda yük avtomobilinin vurduğu piyada iki gün sonra ölüb.
Report.az xəbər verir ki, Suraxanı rayonu, sentyabrın 3-də Binə qəsəbəsində 34 yaşlı Kamran Salmanov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə piyada - 61 yaşlı İslah Məmmədquliyevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq İ. Məmmədquliyev ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.