Bakının Nəsimi rayonu, Azadlıq prospektində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 21 aprel tarixində Baku.ws məlumat verib.
"Vorovski" adlanan ərazidə qadının avtomobilin altında qaldığı bildirilir. Ətrafda olan insanlar hadisəyə müdaxilə edərək, qadını oradan çıxarmağa cəhd göstəriblər.
Qadının vəziyyəti ilə bağlı məlumat yoxdur.