Bakıda və ölkə ərazisində qanunsuz ağac kəsimi ilə bağlı araşdırmalar aparılıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən xəbər verir.
Araşdırmalarla məlum olub ki, Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 45 ünvanında, Səbail rayonunun Badamdar və Suraxanı rayonunun Əmircan qəsəbələrində, həmçinin respublikanın digər bölgələrində ümumilikdə 378 ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90.000 manatdan artıq ziyan dəyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin “Qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə” maddələri ilə cinayət işləri başlanılıb və istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.