Bakıda və ölkə ərazisində sakinlərin könüllü olaraq silah-sursatı təhvil vermələri davam edir. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 8-də paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər polisə 2 qumbara, 4 patron darağı, 159 ədəd müxtəlif çaplı patron və 20 müxtəlif markalı tüfəng təhvil veriblər.
Əlavə olaraq keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan tapança, patron darağı və 3 tüfəng götürülüb.