Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, Nəriman Məmmədov idarə etdiyi “BMW” markalı maşınla yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə işıqfora, daha sonra isə yolun əks tərəfinə keçərək betona çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb.
[caption id="attachment_152403" align="alignnone" width="640"]
Foto APA[/caption]