Paytaxtın Yasamal rayonunda telefon oğurluğunda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində ofislərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən qadın, bir nəfərin isə mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma gedir.