Sabunçu rayonunda evlərdən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova rayonun Pirşağı qəsəbəsindəki evlərinin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək tutulublar.
Onlar barəsində araşdırmalar davam edir.