Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində dənizdə batan 20 yaşlı gəncin axtarışları davam etdirilir. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İyulun 24-ü axşam saatlarında Ağstafa rayon sakini Samir Süleymanov ailəsi ilə çimərliyə gedib və dənizdə çimərkən batıb. Hadisə yerinə FHN-in xilasetmə briqadaları cəlb olunub. Əlverişsiz hava şəraitinə görə hazırda yalnız vizual baxış həyata keçirilir.