Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində dənizdə batan 20 yaşlı gəncin axtarışları yekunlaşıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
20 yaşlı gəncin meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
İyulun 24-ü axşam saatlarında Ağstafa rayon sakini Samir Süleymanov ailəsi ilə çimərliyə gedib və dənizdə çimərkən batıb.