Bakı şəhəri Sabunçu RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 22 fevral tarixində Lent.az məlumat verib.
Aparılan əməliyyat tədbiri nəticəsində Taleh Haşımov saxlanılıb. Onun üzərindən 3.947 kiloqram, eləcə də yaşadığı ünvandan 4.050 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.