Bakının Vaqif prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumat bu gün, 13 dekabr tarixində sosial şəbəkələrdə yayılıb.
Verilən məlumata görə, “Yol ver” nişanının tələbini pozan “Toyota Prius” markalı avtomobilin sürücüsü “BMW” markalı avtomobillə toqquşaraq qəzaya səbəb olub.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. İlkin məlumata görə, xəsarət alanlar var.