Paytaxtın Yasamal rayonunda zəncirvari qəza baş verib. Bu barədə bu gün, 14 avqust tarixində Bakuplus.az Avtosfer.az-a istinadən məlumat verir.
Avqustun 13-də Tbilisi prospektində 5 avtomobil – “Chevrolet Cobalt”, “Opel Astra”, “Mercedes”, “Hyundai Tucson” və “Ford Transit” toqquşub. Qəzaya sürücülərin ara məsafəsini düzgün təyin etməməsi səbəb olub.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.