Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqdan oğurluq olunub. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən Bakuplus-a bu gün, 11 yanvar tarixində verilib.
Belə ki, məzarlardan birinin ətrafından 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.