Altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində baş vermiş yanğın söndürülüb.
14:28 - Qış parkının yanında yanğın başlayıb
Bakının mərkəzində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Hadisə paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, Azərbaycan Dram Teatrının yanında qeydə alınıb. Alışma altımərtəbəli binada başlayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobil yolunda sıxlıq yaranıb.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/10/baku-pojar.mp4"][/video]