Sabunçu rayonunun Pirşağı qəsəbəsində azyaşlı itkin düşüb. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə “Qızılqum” çimərliyində baş verib. 6 yaşlı uşaq çimərlik ərazisində itkin düşüb. Hadisə yerinə cəlb olunmuş FHN əməkdaşları azyaşlını tapıb və sağ-salamat şəkildə valideynlərinə təhvil veriblər.
Qurum valideynlərin daha diqqətli olmalarını xahiş edib.