DİN Bakıda gənc qızın ərəblərin hücumuna məruz qalması ilə bağlı açıqlama verib. Bu haqda 2 fevral tarixində Report məlumat paylaşıb.
Səbail Rayon Polis İdarəsinə şikayətçi olan 24 yaşlı Leyla Əliyevanın iddiası əsassız olub. O, iddia edib ki, “Torgovaya”da ərəblərin evinə qonaq gedib və mübahisə zəminində onlar ona şüşə qırıntıları ilə xəsarət yetiriblər.
Səbail Rayon 39-cu Polis bölməsinin verdiyi məlumata əsasən, Əliyeva özü-özünə xəsarət yetirib və baş vermiş hadisənin görüntüləri mövcuddur.
Hadisənin təfərrüatları araşdırılır.
Bundan öncə, Bakuplus.az gənc qızın 2 ərəbin hücumuna məruz qalması barədə məlumat vermişdir.