Qadınları hədələyərək pul tələb edən şəxs tutulub. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Yaşar Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabları silə biləcəyini bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5000 AZN-ə yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. Y.Məmmədovun bu əməlləri respublikanın müxtəlif şəhər və rayon sakinlərinə qarşı törətdiyi məlum olub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir. Zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.
[caption id="attachment_121208" align="alignnone" width="640"]
Foto DİN[/caption]