Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yağ oğruları tutulublar. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri - S.Hüseynov, E.Kərimov, Ə.Rzayev və Şəmkir rayon sakini V.Məmmədli adıçəkilən qəsəbə ərazisində yerləşən yarımstansiyadan 12 ton yağ oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalara başlanılıb.