Bakının Xəzər rayonu, Qala qəsəbəsi ərazisində xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xəzər rayon Polis İdarəsinin 1-ci bölməsinə rayonun Qala kənd sakini F.Qurbanovdan 15 baş qoçunun oğurlanması barədə ərizə daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Zirə kənd sakini, əvvəllər məhkum olunmuş Natiq Babayev tutulub. Faktla bağlı araşdırma aparılır.