Xəzər rayonunun Qala qəsəbəsi ərazisindən avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini saxlanılıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mayın 25-də Qala qəsəbəsi ərazisində yerləşən avtotəmir sexlərinin birindən qəsəbə sakini A.Rəhimova məxsus “VAZ-2107” markalı avtomobil oğurlanıb. Bu barədə məlumat Xəzər RPİ 1-ci Polis Bölməsinə daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən qəsəbə sakini H.İsmayılov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.