Bakının Nizami rayonu, Qara Qarayev prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 3 fevral tarixində APA məlumat verib.
58 yaşlı Arifə Həsənova metrodan çıxaraq yolu keçmək istəyən zaman onu motosiklet vurub. Hadisə nəticəsində qadın ağır, sürücü isə yüngül xəsərətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.