Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
28 yaşlı Fəqan Yaqubov yolu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.