Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
40 yaşlı Ruslan Sadıqov adıçəkilən qəsəbənin Mədən küçəsində yerləşən evinin həyətində özünü asaraq öldürüb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.