Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Şadlıq sarayının qarşısından yolu keçən 83 yaşlı Rəhim Namazovu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.