Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində maraqlı hadisə baş verib. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Hadisə qəsəbənin Fərman Kərimzadə küçəsi, 17 ünvanında baş verib. 38 yaşlı vətəndaş yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparan zaman ilişib. Nəticədə o, 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Vətəndaş xilas edilib.