Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində mağazaların birindən ət məmulatları oğurlanıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mağazadan 4880 manat dəyərində ət oğurlanıb. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.