Bakının Suraxanı rayonunda xəsarətlə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. 63 yaşlı Natəvan Hacıyevanı motosiklet vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.