Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Ramiz Quliyev, 71 küçəsində yaşayan 30 yaşlı Fərid Hüseynzadə tanış qadın tərəfindən bıçaqlanıb.
O, döş qəfəsinin iki kəsici-deşici yarası ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Analoji hadisə Qala qəsəbəsində də baş verib. Orada baldız yeznəsini bıçaqlayıb.