Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində iki ustanın pul və mobil telefonları işlədikləri yerdən oğurlanıb. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şübhəli bilinən Şəmkir rayon sakini Elməddin Əmiraslanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.