Bakının Qaradağ rayonunda ölkəyə qanunsuz salınan tütün məmulatları aşkarlanıb. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı adıçəkilən ərazidə 110.000 ədəd aksiz markası ilə markalanmamış siqaret aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.