Qaradağ rayonunda evə basqın edilib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
E.Hətəmov, M.Nağıyev və T.Nağıyev adıçəkilən rayon ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib və soyuducu, televizor, eləcə də kondisioner oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.