Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunun “Abşeron” TM-in qarşısından keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Ruslan Yusubovun sürücüsü olduğu “Priora” markalı avtomobil Haqverdi Sarıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Hyundai”da olan sərnişin Zaur Abdullayev ölüb. Hadisə ilə bağlı cinayət işi açılıb.