Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az xəbər verir.
Hadisə “Abşeron” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. “Toyota Prius” markalı avtomobil yük nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, ağır xəsarətlər alan 3 nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.