Qaradağ rayonunda sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
194 nömrəli avtobus hərəkət edən zaman taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsilə toqquşub. Nəticədə avtobusun sərnişinləri – 30 yaşlı Məlahət Abbasova və İsmayıl Abbaslı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.