Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hərəkətdə olan "Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı reklam lövhəsinə çarpılıb. Nəticədə maşının mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin digər hissəsinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.